Təhsillə bağlı yeniliklərin, maarifləndirici materialların və ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılmasında öncül rol oynayan "Tehsil365" İnformasiya Agentliyi yeni layihəsi çərçivəsində könüllü müxbirlər axtarır.
“Tehsil365” xəbər verir ki, bu təşəbbüs gənc və yaradıcı qələm sahiblərinə informasiya mühitində ilk addımlarını atmaq, media bacarıqlarını inkişaf etdirmək və təcrübə qazanmaq imkanı təqdim edir. Könüllü müxbir kimi fəaliyyət göstərmək istəyən şəxslərdən yazı qabiliyyəti, araşdırma aparmaq bacarığı və təhsilə maraq əsas meyarlar kimi tələb olunur.
Könüllü müxbirlər təhsil sahəsində baş verən yeniliklər, aktual problemlər və uğur hekayələri ilə bağlı materiallar hazırlayaraq agentliyin informasiya platformasında yayımlaya biləcəklər.
Müraciət etmək istəyən şəxslər "Tehsil365" İnformasiya Agentliyinin rəsmi sosial media hesabları, [email protected] elektron poçt ünvanı və ya (051) 578 26 95 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.