Təhsil 365 - Logo Mobile

Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ

8424.05.2025 - 05:40
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ

Bakının Səbail rayonundakı 1825-ci ilə aid binada yerləşən körpələr evi-uşaq bağçasının təmirsiz vəziyyəti sakinləri təngə gətirib.

“Tehsil365” Xəzər TV-yə istinadən məlumat verir ki, bağçanın sanitar qovşağından axan çirkab sular sakinlərin mənzillərini yararsız hala salıb. 8 ailənin yaşadığı mənzilin ikinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğu bildirilib.

Adil İsgəndərov 17 ünvanında yaşayan Rəsmiyyə Bədəlova deyir ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət olunub.

Sakinlər küləkli havada evdən bayıra çıxa bilmədiklərini deyirlər.

Onlar iddia edirlər ki, bağçanın eyvanındakı çərçivələr və şüşələr havalar dəyişdikdə təhlükəli vəziyyət yaradır.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...