Təhsil 365 - Logo Mobile

Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO

8131.05.2025 - 06:20
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.

BŞTİ-dən “Tehsil365”ə bildirilib ki, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə ətraflı məlumat verilib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda uşaqların xoşbəxt böyümələri, sosial problemlərinin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından bütün addımlar atılır.

Tədbirlərdə uşaqlar Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...