Təhsil 365 - Logo Mobile

“Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçiriləcək - FOTO

9902.06.2025 - 07:50
“Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçiriləcək - FOTO

14 iyun saat 11:00-da Azərbaycan Texniki Universitetində “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçiriləcək.

Təhsil İnstitutundan “Tehsil365”ə verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd 6-7-ci siniflərdə təhsil alan şagirdlərin proqramlaşdırma sahəsinə, informatika fənninə və rəqəmsal texnologiyalara olan marağının artırılması, bu sahələr üzrə xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri müəyyənləşdirib onlara dəstək göstərilməsidir.

Müsabiqə iştirakçılarından saat 10:00-dan etibarən imtahan binalarında olmaları xahiş olunur. Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənəd gətirməlidirlər.

Final mərhələdə əvvəlki turlarda yüksək nəticə göstərmiş şagirdlər iştirak edə bilərlər.

https://azercellcup.org/competition/117/leaderboard

Final turunda təqdim ediləcək tapşırıqların əhatə edəcəyi mövzularla tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

Proqram

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...