Təhsil 365 - Logo Mobile

27 aprel buraxılış imtahanının nəticələri AÇIQLANDI

8805.06.2025 - 14:35
27 aprel buraxılış imtahanının nəticələri AÇIQLANDI

27 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365”ə məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 51908 nəfərdən 354 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 9 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 iyun saat 10:00-dan 13 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

  • Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Aydan Ələkbərova

Haber akışı

Yaponiyada 5,4 bal gücündə zəlzələ olub 06.07.2025 - 08:00
Qardaşxan Haqqararın şeirləri türk mətbuatında işıq üzü görüb -FOTO 06.07.2025 - 07:50
BSU-da “Şəxsiyyət və suverenlik” mövzusunda III Psixoloji Zirvə konfransı keçirilib -FOTO 06.07.2025 - 07:40
Azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə vəfat edib06.07.2025 - 07:30
Tanınmış azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu vəfat edib 06.07.2025 - 07:20
Türkiyəli jurnalist Timur Soykan sosial şəbəkədəki paylaşımlarına görə saxlanılıb06.07.2025 - 07:10
Velosiped idmanının regionlarda inkişafını hədəfləyən layihəyə start verilir -FOTO 06.07.2025 - 07:00
Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar -FOTO 06.07.2025 - 06:50
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun iclası keçirilib -FOTO 06.07.2025 - 06:40
DİM Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçirəcək 06.07.2025 - 06:30
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək06.07.2025 - 06:20
Kürdə batan 19 yaşlı gəncin meyiti tapılıb06.07.2025 - 06:10
Təhsil Tələbə Krediti Fondundan 57 mindən çox tələbəyə kredit verilib – 466 min manatlıq güzəşt tətbiq olunub05.07.2025 - 11:30
Dubayda 57-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək – Azərbaycan da iştirak edəcək05.07.2025 - 11:20
"Azərbaycan tarixinin farsdilli qaynaqları" adlı yeni monoqrafiya nəşr olundu05.07.2025 - 11:10
Milli Aviasiya Akademiyasında 2024-2025-ci tədris ili məzunlarına həsr olunmuş təntənəli “Məzun günü” keçirilib05.07.2025 - 11:00
Sübhan Mamedov Astanada Dünya Kubokunda bürünc medal aldı05.07.2025 - 10:50
Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq05.07.2025 - 10:35
İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib05.07.2025 - 10:20
Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür05.07.2025 - 10:10
İyulun 6-da qeyri-sabit hava gözlənilir05.07.2025 - 10:00
"Aşura yalnız matəm yox, cəhalətə qarşı dərsdir" - Kamran Əsədov05.07.2025 - 08:45
Bir neçə kollecin rəhbər şəxslərinin əmək müqavilələrinə xitam verilib05.07.2025 - 07:50
400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib05.07.2025 - 07:40
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50
HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb04.07.2025 - 19:40
Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar04.07.2025 - 19:30
SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb04.07.2025 - 19:20
6 əlavə təhsil mərkəzinə lisenziya verilib04.07.2025 - 19:10
Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib04.07.2025 - 19:00
Beynəlxalq Muğam Mərkəzində Qurban Pirimovun 145 illik yubileyi qeyd olunub04.07.2025 - 18:50
Azərbaycanlı alimlərin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb04.07.2025 - 18:40
Özəl bağçada qrant hesabına təhsil alan uşaqların sayı 1200-dən çoxdur 04.07.2025 - 18:30
Uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda1649 medal əldə ediblər04.07.2025 - 18:20
25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır04.07.2025 - 18:10
Keçən il 66 nəfər xarici peşə məktəblərinə qəbul olunub04.07.2025 - 18:00
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun vəziyyəti açıqlanıb04.07.2025 - 17:50