"Bismillahir-Rəhmanir-Rəhim.Bütün İslam aləminin Müqəddəs Qurban bayramını təbrik edirəm. Bu ay mübarək aylardan biridir və Həcc mövsümündəyik. Həccə gedən hər kəsin ziyarəti qəbul olunsun. Allah kəsilən bütün qurbanları qəbul etsin".
"Tehsil365"ə açıqlamasında ilahiyyatçı Cəmil Musayev bildirib ki, onlayn şəkildə qurban kəsdirmək dini baxımdan mümkündür. Lakin burada əsas məsələ etibarlılıq və düzgünlükdür:
"Bəli, onlayn qurban kəsdirmək olar. Amma vacibdir ki, razılaşdığınız onlayn şəbəkə və ya şəxslər etibarlı olsunlar. Əgər onların qurbanı dini qaydalara uyğun şəkildə kəsib ehtiyacı olan insanlara düzgün şəkildə paylayacaqlarına əminsinizsə, onları öz adınızdan vəkil təyin edib qurbanlığın pulunu göndərə bilərsiniz. Bu şəkildə həm Azərbaycan daxilində, həm də xaricdə yaşayan ehtiyac sahiblərinə yardım edə bilərsiniz."