Təhsil 365 - Logo Mobile

"YouTube"un işində nasazlıq yaranıb

6607.06.2025 - 09:50
"YouTube"un işində nasazlıq yaranıb

Bəzi ölkələrdə "YouTube" videohostinq platformasının fəaliyyətində texniki nasazlıq müşahidə olunur.

"Tehsil365" xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat dərc olunub.

Məlumata görə, istifadəçilərin 3 faizi tətbiqin işləməsində nasazlıq olduğunu, 16 faizi videoların işə düşmədiyini, 81 faizi isə sayta daxil olmaqda çətinlik çəkdiklərini bildiriblər.

Ən çox şikayət ABŞ-dən daxil olub. Ölkənin beş mindən çox sakini tətbiqin fəaliyyətindən narazılığını ifadə edib.

"YouTube"un işində problemlər Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə də qeydə alınıb.

Gülgəz Qasımzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...