Təhsil 365 - Logo Mobile

"Şəhidin Səsi" Proqramında Növbəti Qəhrəman – Aslan Rzayev

5307.06.2025 - 14:29
"Şəhidin Səsi" Proqramında Növbəti Qəhrəman – Aslan Rzayev

"Şəhidin Səsi" proqramının növbəti buraxılışı 16 iyun tarixində yayımlanacaq. Bu dəfə proqramın qəhrəmanı Vətən müharibəsinin igid döyüşçüsü, şəhid Aslan Rzayev olacaq.

"Tehsil365" xəbər verir ki, Aslan Süleyman oğlu Rzayev 21 yanvar 1995-ci ildə Bakı şəhərində anadan olub. Təhsil həyatına 2001-ci ildə Maştağa qəsəbəsindəki 108 saylı orta məktəbdə başlayıb və 2012-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin “Avtomatika və Kompüter Texnikası” fakültəsinə daxil olub.

Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Aslan Rzayev Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində, düşmən mövqelərinə 60 metr məsafədə yerləşən postda xidmət edib.

2016-cı ildən etibarən Kontakt Home şirkətində satış məsləhətçisi kimi fəaliyyət göstərib və şirkətin futbol komandasında hücumçu kimi çıxış edib. 2018-ci il avqustun 26-da ailə həyatı quran şəhidin 2019-cu il mayın 21-də Altay adlı oğlu dünyaya gəlib.

Vətən müharibəsi başlayan zaman – 2020-ci il sentyabrın 30-da səfərbərlik çağırışı ilə ordu sıralarına qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. 13 oktyabr tarixində Hadrut istiqamətində, Ərgünəş dağı uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub.

Aslan Rzayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edərək, hərbi hissə qarşısında qoyulan tapşırıqları böyük cəsarət və şərəflə yerinə yetirib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən şəhid manqa komandiri, çavuş Aslan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəhrəman şəhidimizin xatirəsi daim yaşayacaq.

Nərminə Eyyubova

Haber akışı

Şu anda haber akışın da haber yok...