Təhsil 365 - Logo Mobile

Təhsil tələbə krediti alanların çoxu UNEC-in tələbələridir

9310.06.2025 - 09:20
Təhsil tələbə krediti alanların çoxu UNEC-in tələbələridir

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu nun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.

Bu barədə “Tehsil365" ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir. Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...