Təhsil 365 - Logo Mobile

"Apple"ın bəzi kompüterləri yeniləmələri qəbul etməyəcək

7212.06.2025 - 19:30
"Apple"ın bəzi kompüterləri yeniləmələri qəbul etməyəcək

Apple" rəsmi olaraq "Intel" prosessorlu "Mac" kompüterlərinə dəstəyi dayandırır.

“Tehsil365” xəbər verir ki, bu barədə "Bloomberg"in jurnalisti Mark Qurman "X" sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd edib ki, sistemin son yenilənmə versiyalarını yalnız 2019-cu il "Mac Pro", "MacBook Pro", eləcə də 2020-ci il "iMac" modelləri qəbul edəcək.

Məlumatda, həmçinin bildirilir ki, şirkət gələcəkdə bütün diqqətini "Apple Silicon" ekosisteminin inkişafına yönəldərək, öz prosessorlarına keçidi yeddi ildən sonra tamamlamağa hazırlaşır.

Züleyxa Allahverdiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...