Təhsil 365 - Logo Mobile

İsraildə nazirlərə "WhatsApp"dan istifadə qadağan olundu

5313.06.2025 - 17:00
İsraildə nazirlərə "WhatsApp"dan istifadə qadağan olundu

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ölkə nazirlərinə ictimai yerlərdə görünməyi və "WhatsApp" tətbiqindən istifadəni qadağan edib.

“Tehsil365” RT-yə istinadla verdiyi məlumata görə, bu barədə yerli jurnalist Süleyman Əhməd məlumat verib.

Qadağanın səbəbi kimi təhlükəsizlik riskləri və mümkün hücum təhlükəsi göstərilir.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri öldürülüblər.

Züleyxa Allahverdiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...