Təhsil 365 - Logo Mobile

İnsanlar əvəzinə süni intellekt: "Microsoft" yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır

6819.06.2025 - 13:50
İnsanlar əvəzinə süni intellekt: "Microsoft" yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır

"Microsoft" korporasiyası yaxın həftələrdə minlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır. İxtisarlar, əsasən, satış komandalarını və digər bölmələri əhatə edəcək.

Tehsil365 xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Bildirilir ki, bu addım şirkətin süni intellektin inkişafına fokuslanması ilə əlaqələndirilir.

Hazırda ixtisara düşəcək işçilərin dəqiq sayı müəyyən edilməyib. Rəsmiləşdirilmiş restrukturizasiya iyul ayında - "Microsoft"un yeni maliyyə ilinin başlaması ilə paralel həyata keçiriləcək.

Qeyd edək ki, bu, 2025-ci ildə şirkətin həyata keçirdiyi ikinci genişmiqyaslı ixtisardır. Belə ki, may ayında "Microsoft", əsasən, proqram təminatı tərtibatçıları arasında altı min vəzifəni ləğv etmişdi. Daha sonra "Bloomberg" agentliyi əlavə olaraq 300-dən çox əməkdaşın da işdən çıxarıldığını bildirmişdi.

Nərminə Eyyubova

Haber akışı

Şu anda haber akışın da haber yok...