"SABAH.city" süni intellekt və innovasiyalar üzrə koordinasiya mərkəzinə çevriləcək.
"Tehsil365" xəbər verir ki, bunu "The Regional Nexus" mövzusunda təşkil olunan "Baku ID" innovasiya festivalında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, rəqəmsal transformasiya və süni intellekt sahəsində aparılan islahatların bir hissəsi kimi, "SABAH.city"-də xüsusi koordinasiya mərkəzi yaradılacaq. Mərkəz innovasiya ekosisteminin dəstəklənməsi, startapların inkişafı və texnologiya transferi istiqamətində fəaliyyət göstərəcək.
""SABAH.city"-də yerləşəcək yeni koordinasiya mərkəzi innovativ texnologiyaların tətbiqi, startapların inkubasiyası və beynəlxalq texnoloji şirkətlərin cəlbi üçün platforma rolunu oynayacaq", - deyə o əlavə edib.