Təhsil 365 - Logo Mobile

İcma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub

7820.06.2025 - 12:20
İcma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 27 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.



İdarədən “Tehsil365”ə bildirilib ki, tədris ili ərzində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub.



Həmçinin icma qruplarının real vəziyyətinin öyrənilməsi və nəticələrin təhlil olunması məqsədilə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 37 qrupda monitorinq həyata keçirilib.

Gülgəz Qasımzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...