Təhsil 365 - Logo Mobile

Vəkillər məhkumlara hüquqi yardım göstəriblər

6721.06.2025 - 09:50
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən Tehsil365 -ə verilən məlumata görə, iyunun 20-də Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində saxlanılan şəxslərə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən hüquqi yardım göstərilib.

Ümumilikdə 50-yə yaxın məhkuma müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nərminə Eyyubova

Haber akışı

Şu anda haber akışın da haber yok...