Təhsil 365 - Logo Mobile

BMU məzunları sertifikasiya imtahanında maksimal nəticə göstəriblər

9221.06.2025 - 12:53
BMU məzunları sertifikasiya imtahanında maksimal nəticə göstəriblər

Bakı Mühəndislik Universitetinin (BMU) məzunları Fərqanə Quliyeva və Gülşən Şahverdiyeva təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən imtahanda 60 bal toplayıblar.

Bu barədə “Tehsil365”ə BMU-dan məlumat verilib.

BMU-nun riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirən Fərqanə Quliyeva 2021-ci ildə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında 53 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləyən Fərqanə Quliyeva öz üzərində çalışaraq bu il maksimal nəticəyə imza atıb.

Gülşən Şahverdiyeva da eyni ixtisasdan məzun olduqdan sonra Bakı Atatürk Liseyində çalışıb. 2023-cü ildə MİQ imtahanından 70,075 bal toplayaraq müəllim işləməyə başlayıb. Sertifikasiya imtahanında böyük uğur qazanan BMU məzunu hazırda Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimidir.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...