Bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur.
“Tehsil365” xəbər verir ki, bu münasibətlə Elm və Təhsil Nazirliyi dövlət qulluqçularını təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Dövlət Qulluqçularının Peşə Bayramı 2006‑cı ildən etibarən hər il iyunun 23‑də qeyd olunur və dövlət qulluğunda çalışan şəxslərin vətən və xalq qarşısındakı önəmli xidmətlərinə diqqət çəkir.