Təhsil 365 - Logo Mobile

"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təhsil alanların sayı açıqlanıb

9223.06.2025 - 10:45
"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təhsil alanların sayı açıqlanıb

"Gənc qızların təhsilinə dəstək” layihəsi dörd ildir həyata keçirilir və 350-yə yaxın qız bu layihə çərçivəsində təhsil alır.

“Tehsil365” xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov "Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının "Məzun günü"ndə deyib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi sosial həssas qrupdan olan qızların ali təhsilə çıxış imkanlarını artırmaq və onların gələcək inkişafına dəstək olmaqdır:

"Paralel olaraq həyata keçirilən "Parla" təqaüd və inkişaf proqramına 2023-2025-ci tədris illərində 1465 müraciət olub və 100 nəfər yararlanıb. Onlardan 5 nəfəri şəhid yoldaşıdır. 14 nəfər məzun olub və onlardan 4 nəfəri işlə təmin edilib. Təhsilin İnkişafı Fonunun həyata keçirdiyi sahələrdə özəl sektorun rolu olduqca böyükdür".

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...