Təhsil 365 - Logo Mobile

Pakistanlı professor BDU-da bitki tozcuqları və tozlanma prosesinə dair mühazirə oxuyub - FOTO

1123.06.2025 - 14:50
Pakistanlı professor BDU-da bitki tozcuqları və tozlanma prosesinə dair mühazirə oxuyub - FOTO

Pakistanın Quaid‑i‑Azam Universitetinin tanınmış professoru Muhammad Zafar Bakı Dövlət Universitetinin Biologiya fakültəsində mühazirə ilə çıxış edib.

BDU‑dan "Tehsil365"ə bildirilib ki, professor bitki tozcuqları, tozlanma prosesi və onların bioindikator kimi tədqiqi istiqamətində apardığı elmi araşdırmalar barədə geniş təqdimatla çıxış edib. O, mikroskopik səviyyədə tozcuqlar üzərində aparılan silsilə tədqiqatlardan nümunələr göstərərək, bu sahədəki praktiki və nəzəri təcrübəsini iştirakçılarla bölüşüb.

Həmçinin alim beynəlxalq elmi bazalarda yüksək reytinqli məqalələrin hazırlanması və nəşri ilə bağlı təcrübələrini də paylaşıb, elmi işlərin keyfiyyətinin artırılması yönündə faydalı tövsiyələr verib və iştirakçıların suallarını cavablandırıb.

Görüşdə tərəflər arasında birgə tədqiqat və əməkdaşlıq imkanları da müzakirə olunub.



Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...