Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır.
“Tehsil365” xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 24-25 iyun tarixlərində saat 14:30-dan 17:00-dək BŞTİ-yə yaxınlaşaraq Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Müraciət edənlərin şəxsiyyət vəsiqəsi, təhsil və (olduğu təqdirdə) iş fəaliyyətini təsdiq edən sənədlərini təqdim etməsi vacibdir.
Qeyd olunub ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə onların qeyd etdikləri mobil nömrələrə göndərilib.