Təhsil 365 - Logo Mobile

“Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO

8623.06.2025 - 16:58
“Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziumun iştirakçıları iyunun 21-də Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

“Tehsil365” xəbər verir ki, səfərdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev və Türkiyənin müxtəlif elmi müəssisə və universitetlərinin nümayəndələri iştirak ediblər.

Qonaqlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin Heydər Əliyev Mərkəzinin fəaliyyətindən geniş məlumat verilib. İştirakçılar Mərkəzin zəngin kolleksiyası ilə tanış olub və xatirə şəkilləri çəkdiriblər.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...