Təhsil 365 - Logo Mobile

BŞTİ-də psixoloqların işə qəbulu üzrə Apellyasiya komissiyası fəaliyyətə başlayır

9324.06.2025 - 06:20
BŞTİ-də psixoloqların işə qəbulu üzrə Apellyasiya komissiyası fəaliyyətə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır.
"Tehsil365" xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 24-25 iyun 2025-ci il tarixlərində saat 14:30-dan 17:00-dək Apellyasiya komissiyasına müraciət edə bilərlər. Bunun üçün namizədlər BŞTİ-yə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, təhsil və iş fəaliyyətini (əgər varsa) təsdiqləyən sənədlərini təqdim etməlidirlər.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edən şəxslərə nəticələr barədə məlumat SMS vasitəsilə göndərilib.


Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...