Təhsil 365 - Logo Mobile

Elm və təhsil naziri olimpiyada qaliblərini təbrik edib

8324.06.2025 - 07:30
Elm və təhsil naziri olimpiyada qaliblərini təbrik edib

“Olimpiadalar hər il böyük maraqla keçirilir və olimpiada qalibi olmaq həmyaşıdlarından seçilmək deməkdir".

“Tehsil365”xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

Nazir çıxışında qalibləri təbrik edərək bildirib:

“Siz həmyaşıdlarınızın cəmi 0.1 faizini təşkil edirsiniz. Bu, böyük məsuliyyətdir və hər zaman yadda saxlanmalıdır. Qazandığınız bu nailiyyət yalnız fərdi uğur deyil, həm də ictimai məsuliyyətdir. Siz malik olduğunuz fitri istedadla təkcə özünüz üçün deyil, həm də cəmiyyət və Vətən üçün faydalı işlər görməlisiniz".

Qeyd edək ki, bu il keçirilən Respublika Fənn Olimpiadalarında məktəblilər ümumilikdə 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanıblar.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...