Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 1 334 müəllim sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.
Bu barədə "Tehsil365"ə Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, iyunun 24‑də keçirilən imtahanlarda 779 biologiya və 555 kimya müəllimi iştirak edir.