Təhsil 365 - Logo Mobile

Müəllimlərin attestasiyası prosesi davam edir -FOTO

8524.06.2025 - 09:30
Müəllimlərin attestasiyası prosesi davam edir -FOTO

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi prosesi davam etdirilir.

Nazirlikdən “Tehsil365”ə bildirilib ki, attestasiyanın növbəti mərhələsi iyunun 23-dən iyulun 2-dək davam edəcək.

Bu mərhələdə instrumental alətlər (violin, klarnet, saksofon, fleyta, qoboy, truba), xor-dirijor, xoreoqrafiya və təsviri sənət ixtisasları üzrə çalışan müəllimlərin iştirakı nəzərdə tutulub.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...