Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, sertifikasiya prosesi başa çatdıqdan sonra daxil olmuş şikayətlərə baxılacaq və müvafiq təhlillər aparılacaq.
"Tehsil365" xəbər verir ki, nazir həmçinin əlavə edib ki, müəllimlərin işə qəbul imtahanlarının dəqiq vaxtı ilə bağlı yaxın günlərdə rəsmi məlumat veriləcək. İmtahanların iyul ayında keçirilməsi nəzərdə tutulur.