Təhsil 365 - Logo Mobile

Emin Əmrullayev: Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur

5524.06.2025 - 10:30
Emin Əmrullayev: Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur

Müvafiq qaydalarla tənzimlənən nümunəvi məktəbli formaları mövcuddur və bu qaydaların dəyişdirilməsi ilə bağlı hazırda gündəmdə hər hansı məsələ yoxdur.

“Tehsil365” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ayrı-ayrı məktəblər öz təşəbbüsləri ilə bu formaları müəyyən qədər dəyişmək hüququna malikdirlər: “Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər. Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur”.

Elmina Muxtarlı

Haber akışı

Şu anda haber akışın da haber yok...