Təhsil 365 - Logo Mobile

Sertifikatlaşdırma imtahanının dördüncü günü: Biologiya və kimya müəllimləri iştirak edir

6024.06.2025 - 13:30
Sertifikatlaşdırma imtahanının dördüncü günü: Biologiya və kimya müəllimləri iştirak edir

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin dördüncü günü başlayıb.

Bu barədə "Tehsil365"ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən Məlumat verilib. Bildirilib ki,24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənlərini tədris edən müəllimlər iştirak edirlər.

Bu mərhələdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan 4 imtahan mərkəzində ümumilikdə 363 nəfər müəllim imtahan verib.

Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir.



Züleyxa Allahverdiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...