Təhsil 365 - Logo Mobile

Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin artırılması istiqamətləri - seminar

7824.06.2025 - 16:11
Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin artırılması istiqamətləri - seminar

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun elmi seminarında Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri dosent Famil Rüstəmov “Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin artırılması istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan “Tehsil365”ə bildirilib ki, professor Nazim Müzəffərlinin sədrliyi ilə aparılan seminarda məruzəçi subsidiya anlayışı, onun mahiyyəti, məqsəd və növləri, kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşmasının zəruriliyi haqqında danışaraq dövlət büdcəsinin kənd təsərrüfatı xərclərində subsidiyaların xüsusi çəkisinin yüksək olduğunu vurğulayıb. Famil Rüstəmov son illər ərzində Azərbaycanda kənd təsərrüfatına verilən birbaşa subsidiyanın məbləği, kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların strukturu, əkin və məhsul subsidiyası haqqında, 2020-ci ilin yanvarından tətbiqinə başlanılan “aqrar sahədə yeni subsidiya mexanizmi”, “kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşması qaydası” haqqında ətraflı məlumat verib, habelə Aqrar Subsidiya Şurasının fəaliyyəti, yaşıl subsidiya təşəbbüsləri barədə danışıb.

2025-ci ildə məhsul subsidiyalarının siyahısının genişləndirildiyini qeyd edən Famil Rüstəmov bu il üçün əkin əmsalları, intensiv, superintensiv, hiperintensiv meyvə bağları üçün əmsalları, subsidiya məbləğlərini, eləcə də bu sahədə olan tələbləri şərh edib. Subsidiyaların nəticəlilik baxımından müsbət təsirlərinin hələlik arzuolunan səviyyədə olmadığını bildirən məruzəçi Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin artırılması istiqamətində bir sıra təklif və tövsiyələrini səsləndirib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Züleyxa Allahverdiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...