Təhsil 365 - Logo Mobile

28 iyun tarixində Dövlət İmtahan Mərkəzi TOEFL iBT imtahanı keçiriləcək.

8525.06.2025 - 07:00
28 iyun tarixində Dövlət İmtahan Mərkəzi TOEFL iBT imtahanı keçiriləcək.

28 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

“Tehsil365”xəbər verir ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...