Təhsil 365 - Logo Mobile

Bu gün Həsən Seyidbəylinin vəfatından 45 il keçir

8725.06.2025 - 07:50
Bu gün Həsən Seyidbəylinin vəfatından 45 il keçir

Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Həsən Seyidbəylinin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib.

“Tehsil365” xəbər verir ki, bu gün görkəmli kino xadiminin vəfatından 45 il ötür.

Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək” romanları, “Dəniz cəsurları sevir”, “Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kinofestivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.

Kinoşünaslar da söyləyiblər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.

İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.

Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kinofestivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib.2020-ci il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.

Görkəmli sənətkar 1980-ci il iyunun 25-də Bakıda vəfat edib.

Ramidə Əliyeva

Haber akışı

OBA XATİRƏLƏRİ Anamın və Xalamın xatirələrindən…02.07.2025 - 13:32
İki həftə ərzində Elm və Təhsil Nazirliyinə 31 mindən çox müraciət daxil olub02.07.2025 - 12:25
“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib - FOTO02.07.2025 - 12:12
Bülbül adına orta ixtisas məktəbində musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları keçirilir - FOTO02.07.2025 - 11:51
2024–2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur02.07.2025 - 11:33
BDU-da harmonik analizin aktual problemləri tədqiq edilir - FOTO02.07.2025 - 11:20
Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb02.07.2025 - 10:46
Sabahın hava necə olacaq?02.07.2025 - 10:32
GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO02.07.2025 - 10:17
Elm və Təhsil Nazirliyi vətəndaşlara çağırış edib 02.07.2025 - 10:05
“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb - FOTO02.07.2025 - 09:50
“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib - FOTO02.07.2025 - 09:40
Nazirlik adından saxta məlumatlar yayılır02.07.2025 - 09:30
BANM-in 9 tələbəsi TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək02.07.2025 - 09:20
Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə yeni ixtisas açılıb02.07.2025 - 09:10
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb - FOTO02.07.2025 - 08:59
Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq02.07.2025 - 08:47
TİF gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb02.07.2025 - 08:35
Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu02.07.2025 - 08:22
Qabiliyyət imtahanına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!02.07.2025 - 08:10
Təkrar sertifikatlaşdırılmadan keçməyən müəllimlərlə bağlı komissiyalar yaradılıb02.07.2025 - 07:57
NDU-nun tələbələri Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaqlar - FOTO02.07.2025 - 07:45
Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır02.07.2025 - 07:21
Strasburqda UFAZ-ın Rəhbər komitəsinin növbəti iclası keçirilib - FOTO02.07.2025 - 07:11
ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub - FOTO02.07.2025 - 07:00
Yeniyetmələrin psixoloji distres səviyyəsinin ölçülməsi ilə bağlı tədqiqat aparılıb02.07.2025 - 06:50
Bahar Muradova: Gənc qadın alimlərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir02.07.2025 - 06:40
Peşə məktəblərinin müəllimləri Belarusda təlim keçiblər - FOTO02.07.2025 - 06:30
"Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır" – ekspert02.07.2025 - 06:20
Bu gün hava 26 dərəcə isti olacaq02.07.2025 - 06:10
Emin Əmrullayev İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb02.07.2025 - 05:59
2 İyul - Azərbaycanda polis günüdür01.07.2025 - 20:01
Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi01.07.2025 - 19:50
50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur01.07.2025 - 15:45
Naxçıvan Dövlət Universitetində qabiliyyət tələb edən magistratura ixtisaslarına qeydiyyat başlayıb01.07.2025 - 15:30
Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahan keçirəcək01.07.2025 - 15:20
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlük imtahanını keçirəcək01.07.2025 - 15:10
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib01.07.2025 - 15:00
AMEA İctimai Elmlər Bölməsində Şahbulaq Arxeoloji Kompleksinin Tədqiqi Müzakirə Edilib01.07.2025 - 14:50
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasında ilk müştərək layihə müsabiqəsi elan edilib01.07.2025 - 14:40
Dünya Bankı süni intellektin ali təhsildə tətbiqi ilə bağlı hesabat yayımladı01.07.2025 - 14:30
“Milli Proqram” çərçivəsində 27 min təlim tamamlandı – Coursera-da yeni mərhələyə start verildi01.07.2025 - 14:20
Sertifikasiya imtahanları 5 mindən çox müəllimin işdən azad olunması ilə nəticələnib – Rəqəmlər açıqlandı01.07.2025 - 14:20
İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə təqdim edilib01.07.2025 - 14:10
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddialar yayılıb – Nazirlikdən açıqlama gözlənilir01.07.2025 - 14:00
Təkrar sertifikasiyada 2 344 müəllim uğursuz oldu – Əmək müqavilələri ləğv ediləcək01.07.2025 - 13:50
Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illiyinə həsr olunan sərgilər təqdim olunub-FOTO01.07.2025 - 13:40
Sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüşlərə start verildi – BŞTİ komissiya yaratdı01.07.2025 - 13:30