Təhsil 365 - Logo Mobile

Nazir müavini: "Gənclərimiz savadlı olmaqla yanaşı, həm də vətənpərvər yetişdirilməlidirlər”

8525.06.2025 - 08:20
Nazir müavini: "Gənclərimiz savadlı olmaqla yanaşı, həm də vətənpərvər yetişdirilməlidirlər”

“Gənclərin yalnız savadlı olması kifayət etmir, onlar savadlı olmaqla yanaşı, həm də vətənpərvər yetişdirilməlidirlər”.

“Tehsil365” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən “Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forumda səsləndirib.

Nazir müavini bildirib ki, vətənpərvərlik cəmiyyətdə formalaşdırılmalıdır. Bu istiqamətdə müəllimlərin, xüsusilə gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Firudin Qurbanovun sözlərinə görə, gənclər elə yetişdirilməlidir ki, dünyada baş verən istənilən dəyişikliyə hazır olsunlar:

“Müəllimlər vətənpərvərliyin formalaşdırılmasında cəmiyyət üçün bələdçi rolunu oynamalıdır. Bu mənada gənc müəllimlərin rolu xüsusilə əhəmiyyətlidir”.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...