Təhsil 365 - Logo Mobile

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

8425.06.2025 - 08:40
“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.

Dövlət İmtahan Mərkəzindən “Tehsil365”ə bildirilib ki, imtahan avqustun 16-da keçiriləcək.

İmtahana iyulun 2-dək qeydiyyatdan keçmək olar.

Kvalifikasiyalar azyaşlıları (6-12) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.

Ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...