Təhsil 365 - Logo Mobile

Əziz Ələkbərli:"Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır”

6625.06.2025 - 08:50
Əziz Ələkbərli:"Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır”

Bu gün Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır”.

“Tehsil365” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən “Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forumda Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli səsləndirib.

Deputat bildirib ki, Qərbi Azərbaycan azərbaycanlıların tarixi vətənidir:

“Bu ideya ətrafında yumruq kimi birləşib hədəfimizə doğru addımlayırıq. Qayıdış ideyası sadəcə bir arzudan ibarət deyil, bu, milli iradənin və tarixi ədalətin təntənəsidir”.

Ə.Ələkbərli qeyd edib ki, bu ideyanın həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşür:

“İlk gündən Elm və Təhsil Nazirliyi bu istiqamətdə sistemli iş aparır. Biz milli dəyərlərə sahib bir gənc nəsil yetişdirməliyik. Çünki milli dəyər sahibi olmayan insanın nə özünə, nə də cəmiyyətə faydası olar. Bu baxımdan gənc müəllimlərin rolu xüsusilə önəmlidir”.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...