Bu günlərdə filologiya elmləri doktoru, professor Nizami Tağısoyun "Türk xalqları ədəbiyyatı" adlı kitabı nəşr olunub.
“Tehsil365” xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görən kitabın elmi redaktoru və hazırlayanı filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir.
Kitabda Türk xalqları mədəniyyəti tarixində ilk dəfədir ki, dünyanın müxtəlif coğrafiyalarında yaşayıb, çeşidli kulturoloji nümunələr - folklor, epos, yazılı və müasir ədəbiyyat örnəkləri yaratmış 32 türk xalqının bədii-estetik fikir məhsullarının ortaya qoyulmasına cəhd edilir. Bu ədəbiyyatlardan hər birinin etnik-mədəni xüsusiyyətləri müqayisəli-qarşılaşdırıcı müstəvidə təhlil olunur.
Kitab türkoloji ədəbiyyat, ədəbiyyatşünaslıq sahələri üzrə tədqiqatçı və mütəxəssislər, Türkçülük və Turançılıq məfkurəsi daşıyıcıları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.