Təhsil 365 - Logo Mobile

Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası baş tutub - FOTO

7525.06.2025 - 14:20
Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası baş tutub - FOTO

İyunun 25-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.


İnstitutdan “Tehsil365”ə bildirilib ki, iclası açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli gündəlikdə duran məsələlərə diqqətə çatdırıb.

Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva elmi müəssisənin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti üzrə yarımillik hesabatı təqdim edib. Hesabatda qeyd olunub ki, cari dövr ərzində institut tərəfindən ümumilikdə 28 elmi tədbir həyata keçirilib. Onlardan biri respublika səviyyəli konfrans olub. Yarım il ərzində institut əməkdaşlarının müəllifliyi ilə 4 kitab, 140 elmi məqalə nəşr olunmuşdur. Məqalələrin 30-u xarici nüfuzlu elmi jurnallarda dərc edilib.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli hesabatı yüksək qiymətləndirib.

İclasda, eyni zamanda, bir sıra şöbələrin sənədləri ilə bağlı məsələlərə baxılıb. Monitorinq və linqvistik təhlil şöbəsinin əsasnaməsi təsdiqlənib. İclas zamanı institutun bir sıra əməkdaşları - professor Sayalı Sadıqova, filologiya elmlər doktoru Zenfira Əliyeva və dosent Elçin İsmayılov yubileyləri münasibətilə fəxri fərmanla təltif ediliblər.

Gülgəz Qasımzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...