Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada Silahlı Qüvvələr Günü münasibətilə sərgi təşkil olunub

7825.06.2025 - 14:30
Milli Kitabxanada Silahlı Qüvvələr Günü münasibətilə sərgi təşkil olunub

Milli Kitabxanada “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, sərgilərdə rəsmi sənədlər, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycanın ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi, Dəmir yumruğun möhürü, tarixə adı qızıl hərflərlə yazılmış generallar, hərbi xadimlər, veteranlar, qazilər və vətən uğrunda şəhid olmuş hərbiçilər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Gülgəz Qasımzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...