Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Azərbaycan və Bolqarıstandan Türkiyəyə gələn tələbələrlə görüşüb.
“Tehsil365” xəbər verir ki, bununla bağlı açıqlama verən Kürşad Zorlu qarşılıqlı tələbə mübadiləsinə böyük önəm verdiklərini bildirib.
O qeyd edib ki, qarşıdakı dövrdə türkdilli ölkələrin əlaqədar qurumları ilə birlikdə “Türk dünyası” mübadilə proqramı daha güclü şəkildə həyata keçiriləcək.