Təhsil 365 - Logo Mobile

Bu gün hava necə olacaq?

12628.06.2025 - 06:35
Bu gün hava necə olacaq?

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə “Tehsil365”ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...