Təhsil 365 - Logo Mobile

Rezidentura imtahanının ikinci cəhdi keçirildi – Bir nəfər imtahandan xaric edilib

8629.06.2025 - 09:50
Rezidentura imtahanının ikinci cəhdi keçirildi – Bir nəfər imtahandan xaric edilib

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

DİM-dən "Tehsil365"ə verilən məlumata görə, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.

İyunun 30-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Nərminə Eyyubova

Haber akışı

Şu anda haber akışın da haber yok...