Təhsil 365 - Logo Mobile

Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO

5501.07.2025 - 08:20
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev 2025-ci il iyulun 25-də Oğuz şəhərində vətəndaşları qəbul edəcək.

"Tehsil365" xəbər verir ki, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən şəxslər 11 iyul tarixinədək (saat 18:00-a kimi) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrələri ilə əlaqə saxlamaqla (yalnız iş günləri və saatlarında) qeydiyyatdan keçə bilərlər.

Bundan əlavə, vətəndaşlar Nazirliyin rəsmi internet səhifəsinin https://edu.gov.az/az/contact_us bölməsi vasitəsilə elektron formada və ya ‪+994 51 206 78 48‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət edərək də qeydiyyat həyata keçirə bilərlər.

Qeyd edək ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyat mütləqdir.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...