Təhsil 365 - Logo Mobile

Azərbaycan internet trafikinin daşınmasında konkret ölkədən asılı deyil

7004.07.2025 - 08:20
Azərbaycan internet trafikinin daşınmasında konkret ölkədən asılı deyil

Son zaman baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölkəmizin qlobal internet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır.


“Tehsil365” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.


"Qeyd olunan narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən qlobal internet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunub. Bu səbəbdən də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur.


Eyni zamanda, bildirmək istəyirik ki, "AzstateNet" şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunub, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə saatlıq iş rejimində XRİTDX tərəfindən monitorinq olunmaqdadır", - deyə məlumatda vurğulanıb.

Gülgəz Qasımzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...