Təhsil 365 - Logo Mobile

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlim proqramında iştirak ediblər

6011.07.2025 - 07:30
Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlim proqramında iştirak ediblər

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində 29 iyun – 11 iyul 2025-ci il tarixlərində 10 peşə təhsili müəssisəsinin 17 təhsilverəni üçün Türkiyə Respublikasının İzmir şəhərində yerləşən müxtəlif təhsil müəssisələrində təlim proqramı təşkil edilib.

Agentlikdən “Tehsil365”ə bildirilib ki, təlimlərin təşkilində əsas məqsəd təhsilverənlərin ixtisas biliklərinin təkmilləşdirilməsi ilə yanaşı müasir tədris yanaşmaları ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsidir. Azərbaycanın Türkiyə Respublikasında yerləşən səfirliyinin dəstəyi ilə həyata keçirilən təlimlər kənd təsərrüfatı, turizm, İKT, sənaye, tikinti, moda-dizayn və digər ixtisas sahələrini əhatə edir.

Təlim iştirakçıları qardaş ölkədə peşə təhsili müəssisələrində tədris prosesində aktiv iştirak etməklə yanaşı sektor üzrə qabaqcıl müəssisə və təşkilatlara təşkil edilən səfərlərdə müasir texnologiyalar ilə də tanış olublar.

Təlimlərdən sonra iştirakçılar tərəfindən qazanılmış təcrübənin bölüşülməsi üçün Azərbaycanda silsilə görüş və seminarların təşkili nəzərdə tutulur.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...