Təhsil 365 - Logo Mobile

Lisey və gimnaziyalarda qəbul imtahanının nəticələri açıqlanıb.

9711.07.2025 - 09:30
Lisey və gimnaziyalarda qəbul imtahanının nəticələri açıqlanıb.

25-27 iyun tarixlərində lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil edilən qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Təhsil İnstitutundan “ Tehsil365”ə verilən məlumata görə, 29 375 şagird qeydiyyatdan keçib. Ümumilikdə ölkə üzrə 52 müxtəlif mərkəzdə 26 619 şagirdin iştirakı ilə imtahan prosesi uğurla təşkil edilib.

Bildirilib ki, imtahanın gedişində qayda pozuntuları aşkar edilib, məsul şəxslər tərəfindən aktlaşdırılıb və pozuntuya yol verən şagirdlərin nəticələri təlimata uyğun olaraq ləğv edilib. Nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb.

Araşdırmanın aparılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunda müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək.

Qeyd edək ki, aparılan bu araşdırmalar imtahanda iştirak etmiş bütün şagirdlərin hüquqlarının qorunması və qəbul prosesinin şəffaflığının təmin edilməsinə istiqamətlənib.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...