Təhsil 365 - Logo Mobile

“YARAT” Təqaüd Proqramı: Texnologiyaya maraqlı uşaqlar üçün böyük fürsət

9311.07.2025 - 15:05
“YARAT” Təqaüd Proqramı: Texnologiyaya maraqlı uşaqlar üçün böyük fürsət

8-16 yaş aralığında olan, proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və robototexnika sahələrinə maraq göstərən uşaqlar üçün “YARAT” Təqaüd Proqramına qeydiyyat başlayıb.


“Tehsil365” xəbər verir ki, proqram çərçivəsində iştirakçılar texnoloji biliklər, real bacarıqlar və gələcək karyeraları üçün möhkəm təməl qazanacaqlar.


Seçim mərhələləri 5 əsas hissədən ibarətdir:


1. Bir Addım At – Online müraciət



2. Sınaq Zamanı – İmtahan mərhələsi



3. ID Camp – 1 aylıq təhsil və daxili imtahan



4. Sənin Hekayən – Müsahibə mərhələsi



5. Ulduzlar Seçildi – Qaliblərin açıqlanması




Təqaüd proqramında iştirakçılar 100%, 70% və 35% təqaüd qazanmaq imkanı əldə edəcəklər.


Proqrama qeydiyyat üçün link: forms.gle/o8AcwcXT3sbXf8m97


Gülgəz Qasımzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...