Təhsil 365 - Logo Mobile
GÜNCELLENMİŞ! -

"Peşə təhsilində yenilik: Qəbul vaxtı açıqlandı, yerlər çoxalacaq"

8916.07.2025 - 17:50
"Peşə təhsilində yenilik: Qəbul vaxtı açıqlandı, yerlər çoxalacaq"

"Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur".

“Tehsil 365 “ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir:

“Xərclərdə müəllimin iş saatı, əməkhaqqı, enerji ehtiyatına sərfiyyat və s. nəzərə alınır. Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”, – o söyləyib.

Onun sözlərinə görə, iyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq: "Peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir".

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...