Təhsil 365 - Logo Mobile

Peşə məktəblərinə qəbul başlayır

15321.07.2025 - 07:00
Peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır.

Tehsil365 xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər:

“Qeydiyyatdan keçən müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır”.

Zülfiyyə Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...