Təhsil 365 - Logo Mobile

Peşə təhsili üçün nəzərdə tutulan yeni ixtisaslar açıqlandı - RƏSMİ!

15821.07.2025 - 07:40
Peşə təhsili üçün nəzərdə tutulan yeni ixtisaslar açıqlandı - RƏSMİ!

Növbəti tədris ili üçün peşə təhsili müəssisələrinə ən çox plan yerləri “Aşpaz”, “Elektrik montyoru”, “Mühasib”, “Bərbər-vizajist”, “Dərzi” ixtisasları üzrə ayrılıb.

Tehsil365 xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə deyib.

Əlavə olaraq bildirib ki, “2025-ci ildən etibarən 5-i yüksək texniki, 5-i texniki peşə ixtisası olmaqla, 10 yeni ixtisas yaradılır “. O , yüksək texniki peşələrin adlarını açıqlayıb: “Rəqəmsal məzmun idarəçiliyi”, “İstehsalata rəqəmsal nəzarət sistemləri”, “Satış və marketinq”, “Mexatronika”, “Tədbirlərin təşkili və idarəedilməsi”, “3D oyun dizaynı”, “Avtomobil daşımaları operatoru”, “Rəqəmsal inşaat”, “Qaz kəmərləri çilingəri”, “Elektrik sayğacları texniki” isə yeni yaradılan texniki peşə ixtisaslarıdır.

Gələn ilin sonuna qədər 9200 şəxsin yüksək texniki peşə təhsilinə cəlb edilməsi planlaşdırılır.

Direktor qeyd edib ki, qəbul yerlərinin 60%-i regionlar, 40%-i isə Bakı şəhəri üçün nəzərdə tutulub.

Zülfiyyə Məmmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...