Təhsil 365 - Logo Mobile

Peşə təhsili müəssisələrinə sənəd qəbulu 22 iyuldan başlayır.

8321.07.2025 - 09:30
Peşə təhsili müəssisələrinə sənəd qəbulu 22 iyuldan başlayır.

Peşə təhsili almaq istəyənlər 22 iyul – 11 avqust tarixlərində saat 12:00-da portal.edu.az saytından qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

“Tehsil365” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə bu haqda məlumat verib.

Bildirib ki, qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...