Təhsil 365 - Logo Mobile

Dual peşə təhsilinə qəbul planı genişləndirilib.

9721.07.2025 - 10:20
  Dual peşə təhsilinə qəbul planı genişləndirilib.

Peşə təhsili müəssisələrində dual peşə təhsilinə ayrılan yerlərin sayı artırılıb.

“Tehsil365” xəbər verir ki, peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, 2025/2026-cı tədris ili üzrə 2160 tələbənin dual peşə təhsilinə cəlb edilməsi planlaşdırılıb. Ötən il bu rəqəm 1273 nəfər olub.

Peşə təhsili müəssisələrin sayı isə cari ildə 25-dən 28-ə yüksəldilib.

Dual peşə təhsilində 46 ixtisas üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulub.

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...